AZ

Şəmkirli iş adamının işiKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir

Bir müddət öncə tanınmış  iş adamı İbadət Məhərrəmovun Ağstafa rayon,Köçəsgər kənd sakini Mehman Məmmədovdan 60 min manata yaxın pul alması barədə mediada məlumat yayılmışdı.

Yayılan məlumata görə Şəmkirdən olan iş adamı İbadət Məhərrəmov Mehman Məmmədovun həbsdə olan oğlunun azad edilməsinə kömək etmək məqsədi ilə hissə-hissə ondan 60 min manat pul alıb.

Oxu24.com xəbər verir ki,sözügedən yazı mediada yayımlandıdan sonra Mehman Məmmədov  Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

 

Fotoda Mehman Məmmədov

Məlumata görə qeyd olunan məsələ ilə bağlı Mehman Məmmədov izahat verib.

Qeyd edək ki, yayılan səs yazısında iş adamı İbadət  Məhərrəmovun Mehman Məmmədovla pul müzakirə etdiyi əks olunub.

 

 

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
50
oxu24.com

10Mənbələr