AZ

Azərbaycanın nəşriyyat şirkəti 1,6 milyon manat zərər edib

"Azərbaycan Nəşriyyatı" MMC 2023-cü ili 1 milyon 610 min min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 29 milyon 921 min manat xalis mənfəət ilə bağlamışdı. 

Marja.az xəbər verir ki, "Azərbaycan Nəşriyyatı"nın əsas əməliyyat gəliri 2022-ci ildə 4 milyon 70 min manat ikən, 2023-cü ildə 5 milyon 374 min manat təşkil edib. Şirkətin sair gəliri 2022-ci ildə 33 milyon 15 min manat ikən, 2023-cü ildə isə 324 min manata düşüb. Beləliklə, əsas əməliyyat gəlirinin artmasına baxmayaraq, sair gəlirin kəskin azalması "Azərbaycan Nəşriyyatı"nın zərər etməsilə nəticələnib.

AzərbaycanNəşriyyatı zərər mənfəət gəlir
Seçilən
175
marja.az

1Mənbələr