AZ

Neftçalada Azərbaycan çempionatı start götürür

Bu gün Neftçalada aerobika gimnastikası üzrə 8-ci Azərbaycan çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, ölkənin aerobika gimnastikası üzrə ən istedadlı gimnastları bu çempionatda bir araya gələcək.

Neftçala Olimpiya İdman Kompleksində keçiriləcək yarışda “Ocaq Sport” Klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 31 idmançı hazırlıq və bacarıqlarını sınayacaq.

İdmançılar ölkə çempionatında yeniyetmələr (2010-2012-ci il), gənclər (2007-2009-cu il) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyalarında mübarizə aparacaqlar.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Bu tədbir yalnız yarış deyil, həm də gələcək ulduzların yetişməsinə və yeni istedadların üzə çıxmasına imkan yaradır. Azərbaycan Gimnastika Federasiyası bu cür yarışlarla idmançıların peşəkarlığının artırılmasına və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək idmançıların yetişdirilməsinə dəstək olur.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
3
idman.biz

4Mənbələr