AZ

Neftçalada aerobika gimnastikası üzrə VIII ölkə çempionatına start verilib

Neftçala şəhərində aerobika gimnastikası üzrə 8-ci ölkə çempionatına start verilib.

Apasport.az xəbər verir ki, yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Neftçala Olimpiya İdman Kompleksində keçirilən yarışda “Ocaq Sport” Klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 31 idmançı hazırlıq və bacarıqlarını sınayacaqlar.

İdmançılar ölkə çempionatında yeniyetmələr (2010-2012-ci il), gənclər (2007-2009-cu il) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyalarında mübarizə aparacaqlar. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Qeyd edək ki, ölkə çempionatının keçirilməsində məqsəd gələcək ulduzların yetişməsinə və yeni istedadların üzə çıxmasına imkan yaratmaqdır. Azərbaycan Gimnastika Federasiyası bu cür yarışlarla idmançıların peşəkarlığının artırılmasına və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək idmançıların yetişdirilməsinə dəstək olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
3
apasport.az

4Mənbələr