AZ

Türkiyədə yanğın olub, ölən və xəsarət alanlar var

Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı otluq ərazidə yanğın olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Yanğının əhatə dairəsi küləyin təsirindən genişlənib. Əraziyə yanğınsöndürənlər, Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları, təcili yardım briqadaları, xilasedicilər cəlb olunub.

Yanğın nəticəsində 4 nəfər ölüb, daha 19 nəfər xəsarət alıb.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
104
8
milli.az

10Mənbələr