AZ

Türkiyədə küləş yanğını nəticəsində ölənlərin sayı səkkizə çatıb - YENİLƏNİB 3

Türkiyənin Diyarbəkir vilayətində otluq ərazidə baş verən yanğında ölənlərin sayı 8-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Cümhuriyyət”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülüb.

***

Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı otluq ərazidə yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, yanğın zamanı Diyarbəkirdə 3, Mardində 2 nəfər həyatını itirib.

Hadisə zamanı daha 44 nəfər yaralanıb. Əraziyə yanğınsöndürənlər, Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları, təcili yardım briqadaları, xilasedicilər cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

***

Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı otluq ərazidə yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" yerli mətbuata istinadən xəbər verir.

Yanğının əhatə dairəsi küləyin təsirindən genişlənib. Əraziyə yanğınsöndürənlər, Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları, təcili yardım briqadaları, xilasedicilər cəlb olunub.

Yanğın nəticəsində 4 nəfər ölüb, daha 19 nəfər xəsarət alıb.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
3
operativmm.az

10Mənbələr