AZ

Onlarla fələstinli əsir işgəncələrlə öldürüldü

Qəzza hökuməti 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında İsrail tərəfindən həbs edilən fələstinlilərdən 36-nın işgəncələrə məruz qalaraq dünyasını dəyişdiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, nəzarətə alınan fələstinlilərə elektrik cərəyanı, sistematik aclıq, zəncirlə asılma kimi müxtəlif işgəncələrə məruz qaldıqları bildirilib.
 
İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bu yana həbsdə olan ümumilikdə 54 fələstinlinin həyatını itirdiyi bildirilib.

Nazirliyin açıqlamasında aşağıdakı ifadələr yer alıb:

\"İsrail həbsxanalarında məhbusların yaşadıqları fəlakətin miqyası çox böyükdür. Məhbuslar görünməmiş, dəhşətli və qeyri-insani həyat şəraiti ilə üzləşirlər. İsrail Qəzzalı məhbuslara qarşı insanlığa qarşı cinayətlər, xüsusilə həbs cinayətləri törətməkdə davam edir. Beynəlxalq qurumların səhlənkarlığı ucbatından , İsrail həbsxanaları minlərlə fələstinli məhbus üçün kütləvi məzarlıqdır\".
 
Açıqlamada, həbs edilən fələstinlilərə qarşı dəfələrlə əl-ayaqlarını bağlamaq, uzun müddət gözlərini bağlamaq, elektrik cərəyanı vurmaq, ac qoymaq, zəncirlə asmaq, bədənlərini iti alətlə deşmək kimi müxtəlif işgəncələrin həyata keçirildiyi də bildirilib. 
 
Oksana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
azxeber.com

2Mənbələr