AZ

Entoni Blinken İlham Əliyevlə telefonla danışıb

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında Bakı və İrəvanın sülhə doğru hərəkətində irəliləyiş olduğu fikrini bildirib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Dövlət katibi Ermənistan və Azərbaycan arasında sülh sazişinə doğru irəliləyişin davam etdiyini qeyd edib və onun gecikmədən bağlanmasının vacibliyini vurğulayıb. O, ABŞ-ın Bakı və Yerevan arasında hər iki tərəf üçün faydalı olan hər hansı bir şəkildə gələcək əməkdaşlığı dəstəkləməyə sadiq qaldığını bir daha vurğulayıb”, - Miller yazılı bəyanatında bildirib.

Onun sözlərinə görə, “ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayan dövlət katibi iqlim və enerji sahəsində ümumi məqsədlər üzrə Azərbaycanla konstruktiv əməkdaşlığa diqqət çəkib əlavə edib ki, Birləşmiş Ştatlar noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə konfransı COP29-un uğurlu olmasını təmin etməyə sadiqdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
ucnoqta.az

10Mənbələr