AZ

Blinken İlham Əliyevə zəng etdi

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. 

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

O qeyd edib ki, telefon danışığı zamanı Bakı və İrəvanın sülhə doğru əldə etdiyi irəliləyiş müzakirə edilib.

“Dövlət katibi Ermənistan və Azərbaycan arasında gecikmədən sülh sazişinin əldə olunmasının vacibliyini vurğulayıb. O, ABŞ-nin Bakı və İrəvan arasında hər iki tərəf üçün faydalı olan qarşılıqlı əlaqələrin hər hansı şəkildə davam etdirilməsinin dəstəklənməsinə sadiq qaldığını bir daha vurğulayıb”, – Miller yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayan dövlət katibi ümumi iqlim və enerji məqsədləri üzrə Azərbaycanla konstruktiv əməkdaşlığa diqqət çəkib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
konkret.az

10Mənbələr