AZ

Külək Yevlaxda fəsadlar törədib (FOTO)

Bakı. Trend:

Axşam saatlarında başlayan güclü külək Yevlax rayonunda fəsadlartörədib.

Trend-in yerli bürosunun xəbərinə görə, rayonun bir sıra yaşayışməntəqələrində ağacların aşması nəticəsində sakinlərə məxsus fərdiyaşayış evlərinin dam örtüklərinə və elektrik xətlərinə ziyandəyib, Aran qəsəbə 1 saylı tam orta məktəbin binasının dam örtüyüuçub.

Elektrik təsərrüfatına ciddi ziyan dəyməsinin qarşısınınalınması məqsədilə “Yevlax Elektrik Şəbəkəsi” tərəfindən rayonunbütün yaşayış məntəqələrində abonentlərin elektrik enerjisi ilətəchizatı dayandırılıb. Hazırda dəyən ziyanın miqdarının müəyyənolunması üçün Yevlax Şəhər İcra Hakimiyyəti və Rayon FövqəladəHallar Komissiyası tərəfindən ərazilərə baxış keçirilir.

Külək
Külək
Külək
Külək
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
8
az.trend.az

10Mənbələr