AZ

Külək Yevlaxda fəsadlar törətdi

İyunun 20-də axşam saatlarında güclü külək Yevlax rayonunda fəsadlar törədib.

Publika.az xəbər verir ki, rayonun bir sıra yaşayış məntəqələrində ağacların aşması nəticəsində sakinlərə məxsus fərdi yaşayış evlərinin dam örtüklərinə və elektrik xətlərinə ziyan dəyib, Aran qəsəbə 1 saylı tam orta məktəbin binasının dam örtüyü uçub.

Elektrik təsərrüfatına ciddi ziyan dəyməsinin qarşısının alınması məqsədilə “Yevlax Elektrik Şəbəkəsi” tərəfindən rayonun bütün yaşayış məntəqələrində abonentlərin elektrik enerjisi ilə təchizatı dayandırılıb. Hazırda Yevlax Şəhər İcra Hakimiyyəti və rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəyən ziyanın miqyasının müəyyən edilməsi üçün müvafiq işlər aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
8
publika.az

10Mənbələr