AZ

İyun ayında güclü yağıntıların olması hansı fəsadlara YOL açır? – Ekoloqdan AÇIQLAMA

İyun ayının sonlarına yaxınlaşırıq, lakin bəzi bölgələrə hələ də leysan və dolu düşür. Bu isə mövsüm normalarına uyğun deyil. Yayda havanın yağıntılı keçməsi insan sağlamlığı ilə yanaşı, kənd təsərrüfatına da öz təsirini göstərir.

Maraqlıdır, yayda havanın bu cür keçməsi hansı fəsadlara yol açır?

Ekoloq Ənvər Əliyev Bizim.Media-ya bildirib ki, əslində Azərbaycan üçün dolu və leysanın bu vaxt yağması o qədər də mübahisəli deyil:

“Lakin əvvəlki dövrlərlə müqayisədə yağıntının artması dövrilik prinsiplərinə görədir. Mənə elə gəlir ki, Azərbaycanın yaxın tarixində belə havalar müşahidə edilib. Təqribən 100 il bundan qabaq da ölkədə yay vaxtı güclü yağıntılar olub, hətta qar da yağıb”.

Ekspertin sözlərinə görə havanın belə keçməsinin ən böyük fəsadları kənd təsərrüaftında olur:

Belə yağıntılar meyvələri və gələcək tumurcuqları dondurur, sıradan çıxarır. Həmçinin yağış ot biçininə də böyük ziyan vurur, ot tədarükünün çürüməsinə səbəb olur. Bostan bitkiləri və tərəvəzlərin də yetişməsi məhz yağıntıların davam etməsinə görə ləngiyir”.

Nuranə Daxilqızı, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
bizim.media

10Mənbələr