AZ

Toksik münasibətlər nədir?

Bəzi  sevgi münasibətləri var ki, bir-birlərinə ziyan vursalar da, ayrıla bilmirlər.

Bu tip münasibətlər "toksik münasibət" adlanır. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, toksik sevgili insanı daim zəhərləyir. Bu zəhərlənmə bəzən emosional, bəzən də fiziki olaraq, baş verir. Bu hallar insanlarda özünəinamsızlıq yaradır və depressiyaya səbəb olur: 

“Toksik münasibətlərdə cütlüklər bir-birilərini alçaldır, səbəbsiz yerə tənqid edir, hətta təhqirə varırlar. İstəkləri yerinə yetmədikdə onu tərk etməklə hədələyir”. 

Psixoloq hesab edir ki, toksik münasibət davam etdirməməlidir:

 “Bəzən cəmiyyət də qadınları toksik münasibəti davam etdirməyə vadar edir. Onlara qarşı məişət zorakılığına məruz qaldıqları zaman evliliyi bitirməməsi, ayrılmaması haqda çox qınaqlar var. Buna viktimbleyminq deyilir. Yəni , qurbanın günahlandırılması. Hazırda cəmiyyətdə müşahidə etdiyi əsas nüanslardan biri də qadınların fərqində olsa da, toksik münasibəti bitirə bilməməsidir. Düşünür ki, bunun səbəbi iqtisadi asılılıqdır. Bəzən fiziki zorakılıq olmasa belə, psixoloji təzyiq, emosional manipulyasiyalar olur. Cəmiyyət bunun fərqində olmur. “Döyməyib, söyməyib nə istəyirsən?”.

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
hit.az

10Mənbələr