AZ

HadisəYağışla müşahidə olunan güclü külək Qərb bölgəsində fəsadlar törədib

Qərb bölgəsinin qeyri-sabit hava şəraiti səbəbindən fəsadlar yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayonunda yağışla müşahidə olunan güclü külək nəticəsində bir neçə ağac aşıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Yağıntılı və küləkli hava qonşu rayonlarda da müşahidə olunur. Ağstafada yaşayış binasının dam örtüyü dağılıb.

Gəncə şəhərində isə fərdi evlərdən birinin dam örtüyü dağılıb, bir neçə ağaclar aşıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hava şəraitinin törətdiyi digər fəsadlar aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırılır.

Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
far.az

5Mənbələr