AZ

Qərb bölgəsində güclü külək fəsadlar törədib

Qərb bölgəsində qeyri-sabit hava şəraiti fəsadlar yaradıb.

"Aznews.az" xəbər verir ki, daha ciddi fəsadlar Qazax rayonunda qeydə alınıb. Belə ki, fırtına nəticəsində çox sayda ağaclar aşıb, dam örtükləri dağılıb.

Külək yaşı 100-dən çox olan irigövdəli ağacları da kökündən çıxararaq aşırıb. Avtomobil yollarına aşan ağaclar və düşən dam örtükləri bir müddət tıxaca səbəb olub.

Həmçinin elektrik xətləri sıradan çıxıb, bir çox ərazidə elektrik enerjisinin verilməsi dayanıb.

Yağışla müşahidə olunan güclü külək bölgənin digər rayonlarında da müşahidə olunub. Daşkəsən rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
8
aznews.az

4Mənbələr