AZ

Naxçıvan klubundan daha bir transfer

"Araz-Naxçıvan" növbəti transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
 
Naxçıvan təmsilçisi Turan Vəlizadə ilə müqavilə imzalayıb. Yarımmüdafiəçi qarşıdakı 1 il ərzində "qırmızı-ağlar"ın heyətində yer alacaq.
 
23 yaşlı futbolçu "Neftçi", "Şamaxı" və "Turan Tovuz" komandalarının formasını geyinib. O, karyerası ərzində 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin uğurları üçün də çalışıb.
 
Qeyd edək ki, yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan"  bu günə kimi Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Miço Kuzmanoviç, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədli, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlayıb.

Seçilən
80
21
sport24.az

10Mənbələr