AZ

Kasemiro “Bavariya”ya “yox” dedi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemironun “Bavariya”ya keçmək imkanı olub. Matc.az xəbər verir ki, Almaniya klubu Braziliya millisinin üzvünə təklif göndərib. Lakin 32 yaşlı ulduz futbolçu bu təklifi rədd edib. Münhen təmsilçisi hələ 2022-23 mövsümündən sonra da Kasemiro ilə danışıq aparmış, istəyinə çatmamışdı. Onların növbəti cəhdi uğursuz alınıb. “Bavariya” da əvəzində “Fulhem”in portuqaliyalı yarımmüdafiəçisi Joao Palinyo üçün qarşı tərəfə 45 milyon avro təklif edəcək. Qeyd edək ki, Kasemiro Amerika Kuboku – 2024 üçün Braziliya millisinə çağırılmayıb.

Seçilən
26
matc.az

1Mənbələr