AZ

Pike Avropa çempionatının kəşflərini açıqladı

“Barselona”nın və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, Almaniyada təşkil olunan turnirin bəzi oyunçular üçün şans olduğunu düşünür. Pike, xüsusən də, İspaniya yığmasının 16 yaşlı üzvü Lamin Yamalı fərqləndirib: “Lamin Yamal bütöv bir dövrü müəyyən edəcək. Avropa çempionatında ümumi nəsil dəyişikliyi olacaq. Yeni oyunçular meydana çıxacaq. İspaniyada Yamal, Almaniyada Musiala, İngiltərədə Bellinqem. Böyük gələcəyi olan bəzi gənclər var və Avropa çempionatı dönüş nöqtəsi olacaq”. Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin ilk turunda Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən İspaniya millisi növbəti oyununu bu gün İtaliyaya qarşı keçirəcək.

Seçilən
142
22
matc.az

10Mənbələr