AZ

Bağçalarda müdir vakansiyası müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrində müdir vakansiyası üçün keçirilmiş müsabiqənin müsahibə mərhələsi üzrə nəticələr elan olunub TehsilForumu.Az  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Cari ilin mart ayında məktəbəqədər təhsil müəssisələrində boş olan müdir vakansiyası üçün müsabiqənin test imtahanı mərhələsi keçirilib. Bu mərhələdə uğur qazanan namizədlər iyunun ilk 10 günlüyündə Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarələri tərəfindən müsahibələrə dəvət ediliblər.   Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi üzrə nəticələr namizədlərin şəxsi kabinetlərinə göndərilib.  Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçirilib.  Nəticələr ilə bağlı apellyasiyaya müraciət etmək istəyən namizədlər 21-25 iyun 2024-cü il tarixlərində müsahibədə iştirak etdikləri Təhsil İdarələrinə müraciət edə bilərlər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
23
tehsilforumu.az

10Mənbələr