AZ

Bağçalarda müdir vakansiyası müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Bu ilin mart ayında məktəbəqədər təhsil müəssisələrində boş olan müdir vəzifəsi üçün müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Doğru.az-a bildirilib ki, bu mərhələdə uğur qazanan namizədlər iyunun ilk ongünlüyündə Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarələri tərəfindən müsahibələrə dəvət ediliblər.

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi üzrə nəticələr namizədlərin şəxsi kabinetlərinə göndərilib.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçirilib.

Nəticələri ilə bağlı namizədlər iyunun 21-dən 25-dək müsahibədə iştirak etdikləri təhsil idarələrinə apellyasiyaya müraciət edə bilərlər.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
23
dogru.az

10Mənbələr