AZ

Qəzzada ölənlərin sayı 37 min 431-ə yüksəlib

 

İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 35 nəfər artaraq 37 min 431-ə çatıb.

Missiya.Az xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 4 hücum həyata keçirdiyi və bu hücumlarda  130 nəfərin yaralandığı bildirilib. 

Yaralıların sayı isə 85 min 653-ə yüksəlib. 

Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
116
1
missiya.az

10Mənbələr