AZ

Kinomuzun ən parlaq obrazlarından "Cəbiş müəllim"in yaradıcısının doğum günüdür

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xalq artisti Süleyman Ələsgərovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Süleyman Ağababa oğlu Ələsgərov 1915-ci ildə Bakı şəhərində anadan olub.
Yeddiillik təhsilini başa vurandan sonra Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alıb.
Daha sonra isə Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. Təhsilini yarımçıq qoymasına səbəb səhnə sənətinə bağlanması olub.
Süleyman Ələsgərov ilk dəfə səhnəyə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində səhnəyə çıxıb.
1936-cı ilin sentyabrında Gənc Tamaşaçılar Teatrına müsabiqə yolu ilə aktyor götürülüb və fasiləsiz olaraq altmış üç il o səhnəyə çıxıb.
"Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə filmdə çox kiçik epizodlara çəkilən Süleyman Ələsgərovun ən populyar və irihəcmli ekran işi isə "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan "Cəbiş müəllim" obrazını yaratmaq olub.
Səksən üç yaşına kimi Gənc Tamaşaçılar Teatrının səhnəsində olan Süleyman Ələsgərov 1954-cü ildə "Azərbaycan SSR Əməkdar artisti", 1982-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.
Seçilən
121
50
oxu.az

10Mənbələr