AZ

Xaqani Məmmədov hansı oyunlara “stavka” edirmiş?

AFFA İntizam Komitəsi Azərbaycan yığmasının sabiq hücumçusu Xaqani Məmmədova 2 il müddətinə şərti cəza verib. Buna səbəb onun “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozmasıdı. Son iş yeri “Araz Naxçıvan” olan məşqçi əvvəllər “Qəbələ” klubunda da çalışıb. “Qəbələ”nin aqibəti bəllidi, I liqaya düşdü, “Araz Naxçıvan” isə 10 komanda arasında 8-ci oldu. Əsas məsələ budu - Xaqani Məmmədov məşqçisi olduğu bu iki komandanın oyunlarına da “stavka” edirdimi? Bukmekerlə məşğul olanlar yaxşı bilir, oyunun gedişində məğlub duruma düşən komandanın qələbə əmsalı çox olur. Üstəlik, oyunda penalti və ya qırmızı vərəqə olacağını təxmin edənlər qoyduqları pulun 7-8 qatını qazanırlar. Bəs bunu necə edirlər? Təbii ki, hansısa futbolçunun sayəsində. Meydanda olan futbolçuya kənardan təlimatı  - yəni, qırmızı vərəqə və ya penalti “qazanmağı” - kim verir? Təbii ki, məşqçi! Özünüz araşdırın, Azərbaycanda ən çox qırmızı vərəqə alan kimdi, hansı klubun futbolçusudu? Başa çatan futbol ilində hesabda öndə olandan sonra uduzan hansı komandadadı... Maraqlıdı, Məmmədov “stavka” etdiyi oyunda nə qədər qazanıb? Azərbaycanda “stavka” ilə məşğul olan, hətta milliyə də çağırılmış futbolçu vardı, bir müddət “Qəbələ”də də oynayıb. Onun haqda elə şeylər danışırlar ki... Bu barədə yaxın günlərdə...      

Seçilən
32
matc.az

1Mənbələr