AZ

Azərbaycanda sığorta aktivləri son 3 ildə nə qədər artıb? - Bank sədrindən açıqlama

Azərbaycanda sığorta aktivləri son 3 ildə 34,2% artıb. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. 
 
O bildirib ki, bu müddət ərzində balans kapitalında isə 7,7% artım olub. 
 
Bank sədri vurğulayıb ki, ölkədə sığorta bazarının inkişafı üçün yüksək potensial var. 
 
Dövlət Vergi Xidmətinin son statistikasına görə, 2024-cü ilin beş ayında Azərbaycanda sosial sığorta haqları 2,3 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.  
 
2023-cü ildə Azərbaycanda sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 720 min manat çoxdur.
 
Hazırda ölkə üzrə 17 sığorta bazarı fəaliyyət göstərir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
6
anews.az

10Mənbələr