AZ

Rossi almanlara məğlubiyyəti qəbahət saymır

“Almaniya bu turnirin ən böyük favoritidir”. Bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib. O, Almaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra təşkil olunan mətbuat konfransında danışıb.

59 yaşlı mütəxəssis oyun ərzində bir çox səhvlərə yol verdiklərini söyləyib: “Futbol səhvsiz olmur, biz də Almaniya ilə matçda bunu etdik. Almaniya kimi komandalar çox güclü oyun sərgiləyirlər. Belə yığmalara uduzmaq qəbahət sayılmamalıdır. Onların dünya səviyyəli futbolçuları var. Bizim də oyun boyu şanslarımız oldu, lakin yararlana bilmədik”.

Qeyd edək ki, A qrupunun matçında Macarıstan Almaniya yığmasına 0:2 hesabı ilə məğlub olub. İlk oyunda da məğlub olan komanda, qrup sonuncusu olmasına baxmayaraq, növbəti mərhələyə vəsiqə şansını hələ də saxlayır.

Seçilən
67
5
futbolinfo.az

6Mənbələr