AZ

İnsanlarda qarpızla bağlı tərəddüd: Qiyməti yüksək, zəhərlənmə ehtimalı çox

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxt bazarlarında artıq qarpız və qovun satışa çıxarılıb.
Xezerxeber.az-ın məlumatına görə, hazırda bazarda satılan məhsul istixanalarda yetişdirilir.
Satıcılar bildiriblər ki, məhsullar bazara təzə gətirildiyindən qiymətləri də yüksəkdir.
Alıcılar isə qarpız və yemişi yalnız mövsümündə almağa üstünlük verdiklərini bildiriblər.
Qastroenteroloq Sevindik Arazovun sözlərinə görə, qarpız zəhərlənməsi onun tərkibində olan nitratdan baş verə bilər.
Mütəxəssis qeyd edib ki, qarpız və yemiş məhsulları soyuducuda uzun müddət saxlanıldıqda keyfiyyətini itirir, daxildə müəyyən çürümə prosesləri gedir və müəyyən toksiki maddələr artır. Buna görə də qarpız və yemiş kəsildikdən sonra bir və ya iki gün ərzində istifadə olunmalıdır.
Ətraflı süjetdə:
Seçilən
133
50
oxu.az

10Mənbələr