AZ

Tramp prezidentliyinə namizədliyi ilə bağlı bəyanat verdi

ABŞ Respublikaçılar Partiyasının Miluoki şəhərində keçirilən qurultayında prezidentliyə namizəd kimi irəli sürdüyü Donald Tramp ölkə başçısı postuna yenidən namizəd olmağa razılığını bildirib.

Bu barədə News365.az NEWS.ru-ya istinadən bildirir.

O, ölkənin hazırkı administrasiyasının fəaliyyətini tənqid edib və "inanılmaz qələbə" qazanacağına söz verib.

"Mən bütün ABŞ-nin prezidentliyinə namizədəm, yarısına deyil. Buna görə də sizin ABŞ prezidentliyinə namizəd nominasiyanızı qəbul etməkdən qürur duyuram", - deyə o qeyd edib.

Beləliklə, Tramp üçüncü dəfə ABŞ prezidentliyinə namizəd olacaq. O, 2017-2021-ci illərdə Ağ Evin rəhbəri vəzifəsində çalışıb. 2020-ci ilin payızında postunu Co Baydenə təhvil verib.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də yeni keçiriləcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
1
news365.az

10Mənbələr