Suriyada İŞİD liderlərindən daha biri məhv edilib.Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının məlumatında deyilir. Bildirilib ki, Suriya ərazisinə aviazərbələr zamanı İŞİD liderlərindən biri Usamə Camal Məhəmməd İbrahim əl-Cənabi öldürülüb.
Qeyd olunur ki, onun ölümü İŞİD-in terror aktları törətmək qabiliyyətini sarsıdacaq.