AZ

"Mançester Yunayted" Niderland millisinin üzvünü transfer etmək istəyir

"Bavariya" yayda Matteys de Lixti satmaq istəyir.

Sportal.az xəbər verir ki, niderlandlı mərkəz müdafiəçisi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Bu "The Atletic" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq "Ayaks"da rəhbərliyi altında oynamış futbolçunu komandasında görmək istəyir. "Mançester Yunayted" müdafiəçi üçün Almaniya klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Bavariya" Matteys de Lixti 2022-ci ilin yayında "Yuventus"dan transfer edib. Niderland millisinin üzvü son mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
15
28
sportal.az

10Mənbələr