AZ

“Fənərbaxça” müdafiəçisi ilə vidalaşdı

Türkiyənin “Fənərbaxça” klubu mərkəz müdafiəçisi, hazırda 33 yaşı olan Sərdar Əziz ilə yollarını ayırmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Türkiyə millisinin sabiq üzvü baş məşqçi Joze Mourinyo ilə görüşdükdən sonra düşərgəni tərk edib. Klub təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Sərdar Əziz 2018-ci ildən “Fənərbaxça”da çıxış edirdi. O, bu komandanın heyətində 135 oyuna çıxıb, 11 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Sərdar daha əvvəl Türkiyədə “Bursaspor” və “Qalatasaray”ın da şərəfini qoruyub. Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi əsas millidə də 18 oyuna çıxıb, 2 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
arena.az

10Mənbələr