AZ

AVRO-2024: Mbappe əməliyyat olunacaq

Mbappe rəqib oyunçu ilə toqquşaraq, burnundan zədə alıb. Nəticədə Kilian əvəzlənmək məcburiyyətində qalıb. Fransa millisinin hücumçusu Killian Mbappe əməliyyat olunacaq. Matc.az xəbər verir ki, buna AVRO-2024-də Avstriya ilə oyunda (1:0) futbolçunun burun sümüyünün sınması səbəb olub. Belə ki, görüşün sonlarında Mbappe rəqib oyunçu ilə toqquşaraq, burnundan zədə alıb. Nəticədə Kilian əvəzlənmək məcburiyyətində qalıb. Cərrahi əməliyyatın bir müddət sonra olacağı qeyd edilib. Hələlik Kilian bir neçə günlük müalicə alacaq, onun oyunlara çıxa bilməsi üçün maska ​​hazırlanacaq.

Seçilən
138
matc.az

1Mənbələr