AZ

Tacikistanın texnohabı Azərbaycanın İT bazarına çıxmaq niyyətindədir (ÖZƏL)

Bakı. Trend:

Tacikistanın texnohabı Azərbaycanın İT bazarına çıxmaqniyyətindədir.

Bu barədə Trend-ə "Technohub Dushanbe" layihəsinin rəhbəriMəhəmməd Rəhimov deyib.

"Texnohab Düşənbə kursların təqdim edilməsi və rəqəmsaltexnologiyalar, proqramlaşdırma və bütünlükdə İT industriyasısahəsində təlimə yönəlmiş tədris mərkəzidir. Şirkət təkcə yerliDüşənbə bazarına yönəlməyib, həm də beynəlxalq səviyyədətərəfdaşlıq üçün açıqdır. Şirkətin əsas ideyası ondan ibarətdir ki,biz digərlərini rəqib kimi görmürük, onlarda ümumi işlə məşğul olantərəfdaşları görürük", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, onların şirkətini və digərlərini ümumiməqsəd - İT industriyasının inkişafı hərəkətə keçirir.

"Buraya İT üzrə layihələrin icrası və məhsulların yeni bazarlaraçıxarılması üçün birgə səylər tələb edən konkret istiqamətlərininkişafı daxil ola bilər. Biz əməkdaşlıq üçün açığıq və misal üçün,Azərbaycan bazarında təhsil sahəsində işləyən və ya proqramlaşdırmavə rəqəmsal texnologiyaların tətbiqi sahəsində işləyən İT şirkətlərmövcuddur.

Təlimin darıxdırıcı və yeknəsəq olmaması, interaktiv elementləridə özündə əks etdirməsi üçün yeni təlim metodları tətbiq etməyəçalışırıq. Tələbələrin təkcə mühazirələrdə oturmaması, həm də aktivşəkildə məşğul olması üçün əsas vurğunu biliklərin praktiktətbiqinə yönəldirik. Şirkətimiz regiondan və ya ölkədən asılıolmayaraq, əməkdaşlığa hazırdır, çünki biz ümumi məqsədlərin əldəolunması üçün tərəfdaşlığın gücünə və birgə səylərə inanırıq", -deyə o əlavə edib.

Qeyd edək ki, Texnohab Düşənbə müxtəlif sahələrdən təlim və yenipeşəkarların hazırlanması üçün praktikant mütəxəssislərin cəlbedilməsini hədəfləyən innovasiya mərkəzidir. Missiyası TacikistanRespublikasında yüksək ixtisaslaşmış mütəxəssislərin hazırlanmasıyolu ilə təcrübəli ekspertlər cəmiyyətinin yaradılması, innovasiyametodlarının tətbiqi və innovasiya sektorunun inkişafındanibarətdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
134
1
az.trend.az

2Mənbələr