AZ

KTMT-nin potensialının artırılması üzrə fəaliyyət İrəvanı arxada qoyaraq davam edir - Qaluzin

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)potensialının artırılması üzrə fəaliyyət İrəvanı arxada qoyaraqdavam edir.

Trend xəbərverir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini MixailQaluzin "Komsomolskaya pravda" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbin təsiri altında İrəvan-Moskvaikitərəfli siyasi təmaslarında kəskin azalma müşahidə olunur.

"İrəvan tərəfindən Rusiya, KTMT və formalaşmış təhlükəsizliyintəminatı sisteminə qarşı getdikcə daha tez-tez əsassız tənqidləreşidilir", - deyən nazir müavini bunun qeyri-konstruktiv vəqeyri-uzaqgörən davranış olduğunu əlavə edib.

Bundan başqa, Qaluzin Ermənistanın təhlükəsizliyinin təminatımexanizmi üçün bu gün KTMT-yə alternativin olmadığını qeydedib.

"KTMT-nin potensialının artırılması üzrə fəaliyyət İrəvanıgeridə qoyaraq sistemli şəkildə davam edir", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
az.trend.az

2Mənbələr