AZ

KTMT-nin potensialının artırılması üzrə fəaliyyət İrəvanı arxada qoyaraq davam edir - Qaluzin

Bakı.TurkicWorld :

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) potensialının artırılması üzrə fəaliyyət İrəvanı arxada qoyaraq davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "Komsomolskaya pravda" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbin təsiri altında İrəvan-Moskva ikitərəfli siyasi təmaslarında kəskin azalma müşahidə olunur.

"İrəvan tərəfindən Rusiya, KTMT və formalaşmış təhlükəsizliyin təminatı sisteminə qarşı getdikcə daha tez-tez əsassız tənqidlər eşidilir", - deyən nazir müavini bunun qeyri-konstruktiv və qeyri-uzaqgörən davranış olduğunu əlavə edib.

Bundan başqa, Qaluzin Ermənistanın təhlükəsizliyinin təminatı mexanizmi üçün bu gün KTMT-yə alternativin olmadığını qeyd edib.

"KTMT-nin potensialının artırılması üzrə fəaliyyət İrəvanı geridə qoyaraq sistemli şəkildə davam edir", - o deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
turkic.world

2Mənbələr