Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Ursula von der Leyenin yenidən Avropa Komissiyasının (AK) sədri vəzifəsinə təyin olunması ilə bağlı razılığa gəlməyiblər.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Brüsseldə Aİ-nin 27 ölkəsinin liderlərinin qeyri-rəsmi şam yeməyindən sonra deyib
“Bu gün heç bir razılaşma yoxdur”, - deyə o bildirib.
Avropa Şurasının rəhbəri əlavə edib ki, liderlər “Avropa İttifaqının gələcəyi ilə bağlı fikirlərini bölüşən” Leyeni dinləyiblər.
Qeyd edək ki, 65 yaşlı Leyen 2019-cu ildən Avropa Komissiyasına rəhbərlik edir və təşkilata rəhbərlik edən ilk qadındır.