AZ

Türkiyədə beş hektarlıq meşə ərazisi yanıb

Bakı. TurkicWorld:

Türkiyənin Sakarya vilayətinin Taraklı rayonunda baş verən meşə yanğınında 5 hektar ərazi zərər görüb.

TurkicWorld xəbər verir ki, meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Kənd sakinlərinin su tankerləri ilə söndürməyə çalışdıqları yanğın küləyin təsiri ilə böyüyüb.

Qısa müddətdə qruplar tərəfindən nəzarət altına alınan yanğında 5 hektar meşə sahəsi zərər görüb.

Bölgədə soyutma işləri davam edir.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
turkic.world

10Mənbələr