Bakı. TurkicWorld:
Pekin Qərblə yaxşı münasibətlər saxlamağa çalışır.
TurkicWorld xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq deyib.
“Çin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırır.” – deyə baş katib deyib.
Stoltenberq Ukraynadakı müharibənin təhlükəsizliyin regional deyil, qlobal məsələ olduğunu göstərdiyini vurğulayaraq, Çinin Rusiyanı dəstəklədiyini qeyd edib.
NATO-nun baş katibi bəyan edib ki, Çin “kursunu dəyişməzsə” müttəfiqlər Pekinin fəaliyyətini baha başa salmağa hazır olmalıdırlar.
Hafiz Rufizoğlu