AZ

"Delimitasiyanın növbəti mərhələsi Zəngəzurdan başlaya bilər" - Paşinyan

"Sərhədlərin delimitasiyasının növbəti mərhələsi Sünik (Zəngəzur - red.) tərəfdən başlaya bilər. Hazırda tərəflər reqlament üzərində işləyirlər. Sənəd təsdiq olunduqdan sonra qərar qəbul olunacaq".

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

“Dünəndən Sünik (Zəngəzur - red.) rayonundayam, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarca görüş keçirmişəm. Göründüyü kimi, sülh gündəmi real Ermənistanın gündəmidir və bu xalqımıza aydındır. Bu çox vacibdir. Bu, o deməkdir ki, biz nə etdiyimizi və nə üçün etdiyimizi xalqımıza çatdıra bilmişik”, - deyə Paşinyan vurğulayıb.

Bizim.Media

Seçilən
79
1
bizim.media

10Mənbələr