AZ

SƏSSİZ GƏLƏN TƏHLÜKƏ: Bakını bu il quraqlıq gözləyirmi? - Suitilərin kütləvi qırğınının SƏBƏBİ

 
“Xəzər dənizindən danışanda öncə onun tarixinə fikir vermək lazımdır. Elmə məlumdur ki, Xəzər 200 milyon il bundan əvvəl mezozoy erasının təbaşir dövründə əmələ gəlmiş su hövzəsidir. O yarandığı gündən də bu mövqedədir. Enib və qalxıb. Vaxt olub Saratova qədər gedib, Xvala qədər gedib çıxıb, Aralıq dənizi ilə birləşib. Gördüyünüz balıqlar, suitilər, dünya okeanının faunası, florası bax bura qarışıb”
 
 
Bunu Moderator.az-a açıqlamasında Coğrafiya institunun şöbə müdiri Ənvər Əliyev deyib. O daha sonra əlavə edib.
 
“Xəzər dənizinin taleyinə enib qalxma xasdır. Bu onun xarakterindən irəli gəlir. Burada təəccüblənməli bir şey yoxdur. Biz tələbə olanda yaşlı bakılılar deyirdilər ki, Xəzəri qız qalasının yanında da görmüşük. Hanı bəs o? Mən inanıram ki, 1 ilə bəlkə də 5 ilə Xəzər yenidən qalxmağa başlayacaq. Mən gözləyirəm və Xəzərin tərcümeyi halını bilən bir insan kimi deyirəm bunu. Xəzərin enməsi qədər qalxması da faciədir. Çünki o ətrafda çoxlu miqdarda infrastruktur var. Hətta mənə bəzi tədqiqatçılar deyir ki, Xəzər dənizindən Orta Asiyaya quru yol da olub. Yəni bu qədər çöküb Xəzər dənizi. 50-70 ildən bir bu təkrarlanır. Mən tələbə olanda Azərbaycanda nə qədər ziyalılar varsa hamısı hay-küy saldılar ki, Xəzər məhv olur, qoymayın və s. və ilaxır. Nəticədə belə qərara gəldilər ki, Türkmənistan tərəfdə bir körfəz var, Xəzərin suları axır ora, ordan da buxarlandıqca şəlaləyə çevrilir. Oranı bağladılar. Bu 1980-ci illərə təsadüf edir. Ona görə də Xəzər qəflətən qalxmağa başladı. Xəzər qalxanda balıq ehtiyyatı artır, enəndə isə əksinə. Xəzərdə olan suitilərin bir neçə il bundan əvvəl kütləvi şəkildə qırğını baş verdi. Buna da müxtəlif səbəblərdən- palçıq vulkanları, qaz tullantıları da səbəb ola bilər” deyə o bildirib.
 
Ənvər Əliyev ölkəmizdə su ehtiyatlarının azalması ilə bağlı faktı təkzib edib. 
“Azərbaycan ərazisinə bu il düşən yağıntı əvvəlkindən çox olub. Bu günlərdə yenə yağıntılar oldu. Bu il quraqlıq keçməyi, yağıntıların azalmağı, su qıtlığına qorxu yoxdur. Mənə elə gəlir ki, hələlik bizim dağlarımızda kifayət qədər  qar ehtiyatları var. O qar ehtiyatları gələcəyinə bizim suya olan tələbatımızı ödəyəcək. Kiçik Qafqazda da bizim işğaldan azad olunmuş ərazilərdə su anbarları tikilib. Onlar da bir xeyli kömək edəcək” deyə o bildirib.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
moderator.az

10Mənbələr