AZ

Sərhədlərin delimitasiyasına dair referendum keçirilə bilər - Paşinyan

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı referendum keçirilə bilər. Amma hələlik iki ölkə arasında sərhədlər keçmiş SSRİ dövründə olan xətt üzrə bərpa olunur.

Publika.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası məsələsində Azərbaycan ilə Ermənistan arasında yeni razılaşmanın əldə olunması istisna edilmir:

"Elə bir vəziyyət yarana bilər ki, məsələn 100 kvadratmetr Ermənistan və ya 100 kvadratmetr Azərbaycan biri-birinə güzəştə getsin. Amma bu məsələ Ermənistanda referendum yolu ilə həll olunacaq".

Seçilən
112
3
publika.az

10Mənbələr