AZ

Latviyada Milli Teatr rus dilində tamaşaları ləğv edib

Latviya Milli Teatrı rus dilində tamaşaya qoyulan tamaşalara moratorium qoyub, həmçinin rusiyalı rejissorla tamaşanın qastrolu ilə bağlı müqaviləyə xitam verib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə LSM portalı məlumat yayıb.

 

“Milli Teatrın səhnəsi rus dilində qastrol tamaşaları üçün uyğun yer deyil”, - deyə məlumatda qeyd edilir.

 

Bundan əvvəl Litva parlamenti sovet əsgərlərinin dəfnlərinin köçürülməsinə icazə verən qanunlara düzəlişlər qəbul edərək, onları qadağan olunmuş ideologiyanı təbliğ edən ictimai yerlər siyahısına əlavə edib.

 

Layihənin lehinə 89 deputat səs verib, 5 nəfər bitərəf qalıb, heç kim onun əleyhinə çıxış etməyib.

 

Sənədə əsasən, məzarlıqların “totalitar, avtoritar rejimlərin və onların ideologiyalarının təbliği” kimi tanındığı halda, Mədəni Əmlakın Reyestrinə daxil edilmiş qəbir və qəbiristanlıqların dağıdılmasına qoyulan qadağa aradan qaldırılır.

 

Fevral ayında Litvanın cənubundakı Alytus qraflığındaki qəbiristanlıqda Böyük Vətən Müharibəsindən qalan iki məzarın təhqir olunduğu xəbəri yayılmışdı.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
oxu24.com

10Mənbələr