AZ

“Vəziyyət ürəkaçan deyil, artıq Paşinyan...” – Rusiyalı diplomat

MDB çərçivəsində əməkdaşlığın imici o qədər də ürəkaçan deyil. Ermənistanın MDB səviyyəsində keçirilən tədbirlərdə iştirak səviyyəsinin aşağı düşdüyünü və ya heç olmadığını görürük.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfirinin müşaviri Maksim Seleznyov deyib.

O xatırladıb ki, 2023-cü ildə Ermənistan Baş naziri Nikol Paşinyan ilk dəfə MDB dövlət başçılarının payız sessiyasında iştirak etməyib.

Seleznyov qeyd edib ki, sammitdə qəbul edilmiş qərarlar paketinin tərkib hissəsi olan rus dilində beynəlxalq təşkilatların yaradılmasına dair saziş Ermənistan tərəfi tərəfindən imzalanmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
teleqraf.com

10Mənbələr