AZ

Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçiriləcək

İyunun 21-də Ermənistan Parlamentində Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı referendumun keçirilməsi məsələsi ilə bağlı dinləmələr keçiriləcək.
 

Sfera.az xəbər verir ki, bu barədə dövlət qurumunun saytında məlumat verilib.
 

“Avropaya inteqrasiya daimi komissiyasının qərarına əsasən, iyunun 21-də saat 11:00-da Milli Məclisin iclas zalında “Ermənistanın Avropa İttifaqına üzvlük ərizəsi ilə bağlı referendumun keçirilməsi təklifi” mövzusunda parlament dinləmələri keçiriləcək",- məlumata deyilib.
 

Komissiyanın sədri Arman Yeqoyan bildirib ki, dinləmələrin keçirilməsi təşəbbüsü demokratik qüvvələrin platforması və siyasi cəmiyyət tərəfindən irəli sürülüb.
 

“Azad Vətəndaş” ictimai təşkilatının rəhbəri Hovsep Xurşudyanın sözlərinə görə, Ermənistan vətəndaşlarının əksəriyyəti ölkənin Aİ-yə tamhüquqlu üzv kimi inteqrasiyasını istəyir.
 

“Respublika Naminə” partiyası qeyd edib ki, referendum Ermənistanın sabitliyini və möhkəmliyini artırmaq məqsədi daşıyır.
 

Ölkə parlamenti əlavə edib ki, referendumun nəticələri növbəti seçkilərdə iştirak edəcək siyasi qüvvələr üçün bələdçi ola bilər.
 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Ermənistanın bu il Avropa Birliyinə üzv olmaq istədiyini bildirmişdi.
 

Əzizə

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
3
sfera.az

3Mənbələr