AZ

Ermənistan Aİ-yə üzvlüklə bağlı referenduma hazırlaşır

İyunun 21-də Ermənistan parlamentində Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referenduma dair dinləmələr keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Milli Assambleyanın Avropaya inteqrasiya daimi komissiyasının qərarı ilə iyunun 21-də saat 11:00-da “Ermənistanın Avropa İttifaqına daxil olmaq ərizəsi üzrə referendumun keçirilməsi təklifi” mövzusunda parlament dinləmələri keçiriləcək: “Dinləmələrin keçirilməsi təşəbbüsü ilə Demokratik Qüvvələrin Platforması və vətəndaş cəmiyyətinin nümayəndələri çıxış ediblər”.

Bundan əlavə, ixtisaslaşdırılmış komissiyanın rəhbəri Arman Eqoyan və üzvlərinin bu təşəbbüsü dəstəklədiyi vurğulanır. Açıqlamada referendumun nəticələrinin Milli Assambleyaya növbəti seçkilərdə iştirak edəcək siyasi qüvvələr üçün bələdçi ola biləcəyi qeyd edilib.

May ayında Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına daxil olması üçün arzu olunan tarixləri açıqlayıb. Onun sözlərinə görə, ölkə bu il təşkilata üzv olmağa hazırdır.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
3
musavat.com

3Mənbələr