AZ

HadisəXaçmazda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Xaçmaz rayonunun Niyazoba kəndində bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Far.Az”un Şimal bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Xaçmaz rayon sakini Əhmədov Qabil Əzizağa oğlu hadisə yerindəcə ölüb.

Avtomobildə olan digər sərnişinlər Xaçmaz rayon sakinləri - 1957-ci il təvəllüdlü Əhmədov Əkrəm, 1959-cu il təvəllüdlü Əhmədova Rəhilə və 1960-cı il təvəllüdlü Əhmədova Mafizə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
50
far.az

10Mənbələr