Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.
Qeyd edək ki, o, 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub.İkinci çağırış Milli Məclisin deputatı olmuş M.Kazımov 1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışıb. Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.