AZ

Sabiq deputat Mirkazım Kazımov vəfat edib

Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.

Bu barədə report-a 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.

Qeyd edək ki, o, 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 2000 - 2020-ci illərdə (dörd çağırış) Milli Məclisin deputatı olmuş M.Kazımov 1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışıb. Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Seçilən
97
9
anons.az

10Mənbələr