AZ

Səs yazısı yayılan bağça müdürü barəsində daha bir şikayət - VİDEO

Bir neçə gün əvvəl bir səs yazısı ölkə gündəminə bomba kimi düşdü.

Sözügedən səs yazısının Xırdalan şəhər 17 saylı körpələr evi - uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovaya məxsus olduğu deyilirdi.

O, səs yazısı ki, bağça müdiri tərbiyəçiləri danlayaraq uşaqlardan yaxşı pul yığa bilmədiklərinə görə narazılıq edirdi. Özü də deyirdi ki, "Mən jalüz ustasına 1135 (min yüz otuz beş) manat pul verməliyəm, hardan alım verim? Problem yoxduye mən onu evimdən də verə bilərəm, Allaha şükür imkanım da var. Bağım da var, özəl bağçam da var, iki qızımın evi də var, özümün də evim var. Ən "posledni" (sonuncu) model "Mercedes CL" markalı avtomobili mən xaricdən üç aya gətizdirmişəm. Mənim bu pula ehtiyacım yoxdur. Amma, niyə mən özümdən verməliyəm?

Allaha şükür bacarıqlısınız, yığa da bilirsiniz, gətirə də bilirsiniz, "prosta" (sadəcə olaraq) eləmirsiniz."

Baxça müdirinin etirafları - SƏRVƏTLƏRİNİ sayır // VİDEO

Bəli, az sonra işçilərini danlamaqla bircə günə məşhur olan müdürə şiddətli töhmət verildiyi barəsində xəbərlər tirajlandı. Özü də xəbərlərdə "Səs yazısı yayılan Xırdalan şəhər 17 saylı körpələr evi - uşaq bağçasının keçmiş müdirinə şiddətli töhmət verildi" deyilirdi.

Keçmiş ! - Yoxsa işdən çıxarıldı?
O, zaman işsiz bir adama töhmət verilməsi nə dərəcədə mümkündür?

"DogruXeber.az"ın sonradan əldə etdiyi məlumata görə, sən demə Fəranə xanım Digah qəsəbəsində yerləşən 6 saylı körpələr evi - uşaq bağçasına transfer olunubmuş.

Elm və Təhsil Nazirliyinin ənənəvi "cəzalandırma" üsulu - "Bığla saqqal arasında yerdəyişmə".

Əlqərəz...

Nə deyə bilərik, bəlli ki, "əmr böyük yerdəndir". Amma, adı belə bir olayda hallanan müdürün ən azından himayədarlarının xatirinə bir müddət heçolmasa ehtiyatlı olması lazım idi, deyilmi ?!...

Nə yazıq ki, Fəranə xanım Digah qəsəbəsində yerləşən 6 saylı körpələr evi - uşaq bağçasına çatar-çatmaz bu dəfə bağçanın içindən - işçilərindən şikayət gəldi.

Belə ki, sözügedən bağçada təsərrüfat müdürü işləyən Leyla xanımın ailə üzvləri haqlı olaraq, bağçadakı yeyintidən narahat olduqlarını bildirirlər. Çünki, Leyla xanım təsərrüfat müdürüdür və yeyintinin bir qisminin məsuliyyətinin onun üzərində olduğunu bilirlər. Amma, Leyla xanımın anası bildirir ki, anbarın açarı ondan başqa da şəxslərdə var.

Ananın sözlərinə görə, ümumiyyətlə, Fəranə xanımın sözügedən bağçaya müdür gəldiyindən bəri Leyla xanım işində sıxışdırılır. O, müdürün Aytən adlı tərbiyəçi ilə əlbir olaraq, təsərrüfat müdürünə süni problemlər yaratdığını iddia edir. Hətta, Leyla xanımın bacısı Gülbəniz xanımın redaksiyamıza dediyinə görə, Fəranə Məhərrəmova Regional Təhsil İdarəsinə ərizə yazaraq, işinin Leyla xanımın işinin öhdəsindən gələ bilmədiyi üçün işdən çıxarılmasını xahiş edib. Gülbəniz xanım deyir, "Ərizəni masanın üzərində gördüm, Fəranə xanıma niyə yazdığını soruşdum, dedi, "naprimer" yazmışam. Amma, səhərisi gün mən ora gedəndə artıq, ərizə orada yox idi. Mənim bacım Leyla xanım əvvəllər başqa sahədə işləyib. Bu sahədə təcrübəsi yoxdur, özü də gənc, utancaq qızdır. Bu bağçaya bir aya yaxındır məşğulluğun xətti ilə gəlib. Amma, bağçanın müdürü Fəranə xanım onun kimi gənc kadrlara dəstək olmaq əvəzinə, sıxışdırıb, işdən uzaqlaşdırmağa çalışır."

Bundan əlavə, bağçada hər ay uşaqların valideynlərindən 20 manatdan (əvvəllər 15 idi) pul yığıldığı, həmçinin, dövlətin yuyucu vasitələr, kompüter və digər texniki avadanlıqlar verməsinə baxmayaraq, Aytən adlı tərbiyəçi xanımın bağçadakı paltaryuyan maşını öz cibinin pulu ilə aldığını, kompüterin ona məxsus olduğunu iddia etməsi, eləcə də uşaqların yatacaqlarının hər həftə valideynlərinə yuduzdurulması da redaksiyamıza daxil olan məlumatlar arasındadır.

Nə yazıq ki, 100 uşağın olduğu balaca bağça barəsindəki bu tip məlumatlar bununla da bitmir. 100 uşaq demişkən, qeyd edək ki, təsərrüfat müdiri Leyla xanımın bacısı Gülbəniz xanımın redaksiyamıza bildirdiyinə görə, bağçada bəzən 70 uşaq olsa da nazirliyə göndərilən ərzaq siyahısında 100 uşaq nəzərdə tutulur. Uşaqlara isə ərzaqlar təyinatından çox-çox az miqdarda sərf olunur və sair...

Biz bütün bu məlumatlarla bağlı hər zaman olduğu kimi media haqqındakı qanunları rəhbər tutaraq, qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə 6 saylı Digah uşaq bağçasınin yeni müdürü Fəranə Məhərrəmova və bağçada müdürdən daha aktiv olduğu, "pul yığmaq işləri"nə bir zad özünün "əmək verdiyi " deyilən tərbiyəçi Aytən xanımla da elə agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında telefon əlaqəsi saxladıq.

Dəyərli oxucularımız, onların nə cavab verdiklərini yazıb nə özümüzü yoraq, nə də sizi.

Aşağıda təqdim etdiyimiz videonu diqqətlə izləyib, özünüz Fəranə Məhərrəmovanın cavab niyyətinə dediyi sözlərə qiymət verin !




Gördüyünüz kimi, Aytən xanım susmağı seçdi, Fəranə xanım da bir xeyli özünü tərifləmələrə doymadı. İş barəsindəki suallarımıza, - "Mən cəmi 8 gündür gəlmişəm" cavabını versə də, nəinki bağçada işləyənlərin, hətta Digah qəsəbə sakinlərinin ondan necə razı olduqlarını öz gözlərimizlə görməyimiz üçün bizi təkrar-təkrar oraya dəvət etdi.

Maraqlıdır, hələ bir iş görməyibsə, qəsəbə sakinləri Fəranə xanımdan, özünün dili ilə desək hansı yaxşı işinə görə razıdırlar?
8 gündə bir qəsəbənin sakinlərini necə razı sala bilib?

Qeyd edək ki, heç də bu məsələ bir verlişdə bitmədi. Nigar Ələkbərova, Arzuman Kərimov adlı YouTube istifadəçiləri, həmçinin adı məlum olmayan daha bir "anonim" istifadəçi yayım bitər-bitməz şərh bölməsində Fəranə xanımın "müdafiəsinə qalxdılar". Mətbuatı ən yaxşı bacardıqları vasitə ilə - təhqirlə susdurmağa çalışdılar. Halbuki, onlar bu davranışları ilə məsələni daha da böyütmüş oldular.

Müdriklər deyib, "Ən böyük biclik, düzlükdür". Odur ki, adı çəkilən Fəranə xanım və Aytən xanım narazılıq yaradan səbəblərin fərqinə varıb, onları aradan qaldırmaq üçün lazım olan tədbirləri görsəydilər, məsələ mətbuata çıxacaq qədər böyüməzdi.

Qeyd edək ki, proqramdan sonra "DogruXeber.az" informasiya agentliyinin rəhbəri Kamal Əsgərova bəzi zənglər olunub, hətta təhdid edilib ki, bu barədə bu gün axşam saat 19:00-da "Kanal14"də canlı yayımlanan "Kamalın zamanı" proqramında özü ətraflı məlumat verəcək.

"Kanal14" sözünə toxunaraq, kanala keçid edib, abunə olun və bildiriş düyməsini aktivləşdirin ki, bu və digər maraqlı mövzulardan anında yararlana biləsiniz.

Qeyd: Bütün bunlar ümumi məlumatlar idi.
Diqqət etdinizsə, yuxarıda təqdim etdiyimiz videoda Fəranə Məhərrəmova Xırdalan şəhər 17 saylı körpələr evi - uşaq bağçasının keçmiş müdürü, eləcə də Digah qəsəbəsində yerləşən 6 saylı körpələr evi - uşaq bağçasının keçmiş müdürü barəsində ciddi iddialar səsləndirdi.

Odur ki, növbəti yazımızda hər iki müəssisədəki yeyintidə və inventarların mənimsənilməsində kimin günahkar olması, eləcə də Fərqanə Məmmədovanın özünün də qeyd etdiyi kimi məsələsinin prokurorluqda araşdırılmada olduğu halda başqa bağçaya necə müdür təyin edilməsindən danışacağıq.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
kanal14.az

10Mənbələr