AZ

Badri Kvaratsexliya: "Xviçanın "Napoli"də qalmağını istəmirəm"

style='margin-bottom:10px;'>

"Napoli"nin gürcüstanlı cinah oyunçusu Xviçi Kvaratsxeliyanın agenti və atası Badri Kvaratsexliya oğlunun İtaliya klubunda qalmasını istəmir.

QOL.az xəbər verir ki, insayder Fabrizio Romano Badri Kvaratsexliyanın bu barədə açıqlamasını yayımlayıb. O, açıqlamada bildirib:

"Mən Xviçanın "Napoli"də qalmasını istəmirəm. 1 il ərzində 4 fərqli məşqçi ilə işlədi. Bu məni çox narahat edir. Amma hər şeyi Xviça özü həll edəcək, baxmayaraq ki, bu mənim üçün əlverişsizdir. Mən Xviça ilə bu mövzuda danışmamışam və Avro-2024-ün sonuna qədər də danışmayacağam”.

Maraqlıdır ki, daha əvvəl Fabrizio Romanonun yaydığı məlumatda “Napoli”nin prezidenti Aurelio De Laurentisin artıq Kvaratsxeliyaya maaşı və şərti artırılmaqla yeni müqavilə təklif etdiyini qeyd olunmuşdu. Klub isə Xviçanın atasının açıqlamalarına rəsmi cavab verib və bildirib ki, futbolçu satılmır.

Qeyd edək ki, Xviça 2022-ci ilin yayından "Napoli"də oynayır. Onun atası Badri Kvaratsexliya isə Azərbaycan millisinin sabiq üzvüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
teleqraf.com

2Mənbələr