AZ

"Xviçanın "Napoli"də qalmağını istəmirəm" - Badri Kvaratsexliya

"Napoli"nin gürcüstanlı cinah oyunçusu Xviça Kvaratsxeliyanın agenti və atası Badri Kvaratsxeliya oğlunun İtaliya klubunda qalmasını istəmir.

QOL.az xəbər verir ki, insayder Fabrizio Romano Badri Kvaratsxeliyanın bu barədə açıqlamasını yayımlayıb. O, açıqlamada bildirib:

"Mən Xviçanın "Napoli"də qalmasını istəmirəm. 1 il ərzində 4 fərqli məşqçi ilə işlədi. Bu, məni çox narahat edir. Amma hər şeyi Xviça özü həll edəcək, baxmayaraq ki, bu, mənim üçün əlverişsizdir. Mən Xviça ilə bu mövzuda danışmamışam və Avro-2024-ün sonuna qədər də danışmayacağam”.

Maraqlıdır ki, daha əvvəl Fabrizio Romanonun yaydığı məlumatda “Napoli”nin prezidenti Aurelio De Laurentisin artıq Kvaratsxeliyaya maaşı artırılmaq və şərti nəzərə alınmaqla yeni müqavilə təklif etdiyini qeyd olunmuşdu. Klub isə Xviçanın atasının açıqlamalarına rəsmi cavab verib və bildirib ki, futbolçu satılmır.

Qeyd edək ki, Xviça 2022-ci ilin yayından "Napoli"də oynayır. Onun atası Badri Kvaratsxeliya isə Azərbaycan millisinin sabiq üzvüdür.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
525.az

2Mənbələr